Financemasters

Xidmətlərimiz

Biznesinizin uğur strategiyası şirkətinizdə maliyyə, idarəetmə və vergi üzrə uçot, hesabatlılıq və təhlil sisteminin düzgün qurulmasından birbaşa asılıdır.

Xidmətlərimiz

Fərqimiz nələrdir?

Maliyyə uçotu, hesabatlığı və analizi üzrə xidmətlər

Mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə hesabatlarının tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasını əhatə edir.

İdarəetmə uçotu, hesabatlığı və analizi üzrə xidmətlər

Biznes fəaliyyətinin planlaşdırılması və nəzarətin aparılması üçün rəhbərliyə lazım olan informasiyanın hazırlanması prosesini özündə birləşdirir. Idarəetmə uçotu idarəetmə prosesini uçot prosesi ilə əlaqələndirir, xüsusi təyinatlı maliyyə hesabatlarının hazırlanması, o cümlədən xərclərin, maya dəyərinin və ehtiyaca uyğun daha detallı hesabatların hazırlanmasına xidmət edir.

Vergi uçotu, hesabatlığı və analizi üzrə xidmətlər

Vergi bazasının və vergilərin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsində toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir.

Gömrük və broker xidmətləri

Bəyannamələrin tərtibi, sənədlərin hazırlanması və gömrük rəsmiləşdirilməsi üçün əməliyyatların həyata keçirilməsi, ixrac zamanı yol müşaiyət sənədlərinin hazırlanması, idxal, ixrac zamanı bütün sertifikatların alınması və sifariş əsasında nümunələrin gömrük ekspertizasına göndərilməsi xidmətlərini əhatə edir.

Hüquqi xidmətlər

Vergi qanunvericiliyinin tətbiqi ilə bağlı məsləhət xidməti, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimə və maliyyə sanksiyaların məhkəmə və inzibati qaydada mübahisələndirilməsi və vergi münasibətləri zamanı yaranan digər mübahisələrin həlli üzrə xidmətləri əhatə edir.

Kadr uçotunun aparılması üzrə xidmətlər

İşçilərin işə qəbulu, vəzifəyə təyin edilməsi, vəzifə təlimatlarının hazırlanması, əmək haqqı hesablanması, təlim, inkişaf və əmək qanunvericiliyi ilə bağlı məsləhətlər üzrə xidmətləri əhatə edir.

Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə xidmətlər

Hüquqi şəxslərin təsis edilməsi və dövlət qeydiyyatına alınması, hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması, təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması, nizamnamə kapitalındakı payların digər şəxslərə keçməsinin həyata keçirilməsi və hüquqi şəxsin yenidən təşkili üzrə xidmətləri əhatə edir.

Biznes planların hazırlanması üzrə xidmətlər

Biznes plan yeni və ya mövcud şirkətin öz məqsədlərinə necə nail olacağını izah
edən hesabatdır. Burada şirkətin bütün planlarına marketinq, maliyyə və
əməliyyat nöqteyi-nəzərdən baxılır. Biz biznes planların və müvafiq maliyyə modellərinin hazırlanmasında, təkmilləşdirilməsində və yoxlanılmasında yeni açılacaq və ya mövcud
şirkətlərə kömək edirik.

Təlim xidmətləri

Maliyyə, mühasibatlıq, bank işi, layihələrin idarə edilməsi, insan resurslarının idarə edilməsi, həmçinin maliyyə və idarəetmə sahəsində digər müxtəlif təlimlərin təşkilini həyata keçiririk. Təlimçilərimiz öz sahələri üzrə dərin nəzəri və praktiki bilik və vərdişlərə sahibdirlər. Biz beynəlxalq standartları təlim iştirakçılarına Azərbaycan dilində, peşəkar təlimçilər vasitəsilə və əldə etdikləri bilikləri tətbiq etmək imkanını ortaya qoymaqla öyrədirik.

Bizə qoşulun

Rəy və təkliflərinizə hər zaman açığıq. Bizə olan mürəciətləriniz hər zaman önəm daşıyır.

Hədəflərə nail olmaq üçün təyin olunan strategiyaların həyata keçirilməsi.

Əlaqə

info@financemasters.az

+994 55 600 65 90

Bakı şəh., Nərimanov ray., Xətai pr., 47e (Armoni Residence)

Müəllif hüquqları qorunur.